
“Zəngilan qürurun, zəfərin və dirçəlişin şəhəri kimi tarixə düşüb”
20 Oktyabr 18:56
20 Oktyabr 18:56
20 Oktyabr 17:25
20 Oktyabr 17:08
IMF: Ticarət gərginlikləri Orta Dəhliz ölkələrinin ixracına ciddi təsir etməyib
Azərkosmos: 46 dərəcə Şərq uzunluğunda orbitə peyk qaldıra bilərik
IMF: Bu il Azərbaycan büdcə xərcləri vasitəsilə iqtisadi artımı dəstəkləyəcək
“Azərbaycan və qazax xalqı bütün dönəmlərdə bir-biri ilə yaxşı münasibətlər qurmaqda maraqlı olub”
Nazir: SOCAR-la Qazaxıstanda “Dunqa” yatağı üzrə danışıqlar aktiv fazadadır
Dünyanın ən məşhur stadionlarından biri olan “Marakana”nın adı dəyişdirilə bilər.
Apasport.az saytının məlumatına görə, Braziliyanın Rio-de-Janeyro şəhərindəki arenaya Pelenin adının verilməsi planlaşdırılır.
Bu layihənin müzakirəsi Rio-de-Janeyro ştatının qanunverici orqanının gündəliyinə daxil edilib və deputatlar tərəfindən dəstəklənib. Stadionun adının dəyişdirilməsi üçün yerli qubernatoru Klaudio Kastronun razılığı lazımdır.
Layihənin müəlliflərinin fikrincə 80 yaşlı “Futbol kralı” “Marakana” stadionu kimi Braziliya futbolunun rəmzidir. Buna görə də bir rəmzin digərinin adını daşıması məntiqlidir. Stadionun əvvəlki adı yalnız qeyri-rəsmi səviyyədə saxlanılacaq.
Pele üç dəfə dünya çempionu olan yeganə futbolçudur. 1950-ci ildə açılışı olan “Marakana” həmin il keçirilən dünya çempionatının Uruqvayla final görüşündə 200 min tamaşaçı toplamaqla rekord vurub.
Qeyd edək ki, ötən il daha bir əfsanə Dieqo Maradonanın adı İtaliyanın Neapol şəhərindəki “San Paolo” stadionuna verilib.