

Yaponiya Rusiyanın Sapparo şəhərindəki konsulluğunun əməkdaşını “arzuolunmaz şəxs” elan edib.
APA RT-yə istinadən xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Yoşimasu Hayaşi bildirib.
Rusiyalı diplomat oktyabrın 10-na qədər Yaponiyanı tərk etməlidir.
Xatırladaq ki, bundan əvvəl Moskva casusluq ittihamı ilə Yaponiyanın Vladivostokdakı konsulunu “arzuolunmaz şəxs” elan etmişdi.