“Son hadisələr Rusiya iqtisadiyyatına təzyiqi daha artırır” Dünya

“Son hadisələr Rusiya iqtisadiyyatına təzyiqi daha artırır”

“Rublun ucuzlaşması Avropa İttifaqının 8-ci sanksiyalar paketini təsdiq etməsi və Krım körpüsünün partladılmasından sonra Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə qədəm qoyması ilə bağlıdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, son hadisələr Rusiya iqtisadiyyatına təzyiqi daha artırmaqdadır.
Aydındır ki, hazırda rublun rəsmi məzənnəsi daha çox inzibati sterlizasiya metodları ilə müəyyənləşsə də bazardakı tələb və təklif də təsirsiz deyil. Rusiyada ölkədən valyuta çıxarışı məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edirdi. Eyni zamanda, Rusiyadakı rəsmi məzənnə daha çox alış kursu təsiri bağışlayır. Xüsusən böyük məbləğdə xarici valyuta satışlarının payı kəskin azalıb”.