Sarkisyanın acizliyi və qorxaqlığı Dünya

Sarkisyanın acizliyi və qorxaqlığı

Fikrət Sadıqov : "Sərkisyanın bu etirafı onun sonu deməkdir"

İlqar Vəlizadə: "Ermənistanı gözləyən təhlükə yaxınlaşır"

Cavid

İrəvanda polis məntəqəsi binasını 15 gün əldə saxlayan "Sasna çrer" silahlı qrupunun təslim olmasından sonra Sərkisyanın ilk dəfə ictimaiyyət qarşısına çıxaraq baş verənlərin Ermənistanda milli barışıq hökumətinin formalaşdırılmasını zəruri etdiyini açıqlaması onun acizliyini bir daha ortaya qoyub.

Ermənistan Prezidenti Serj Sərkisyanın tezliklə ölkəsində milli barışıq hökumətinin formalaşacağına dair bəyanatı onun zəifliyinin göstəricisidir.

Bu barədə açıqlamasında politoloq Fikrət Sadıqov danışıb. Politoloq bildirib ki, Ermənistanın milli barışıq hökumətinə getməsi Sərksiyanın artıq ölkəyə nəzarəti itirməsindən xəbər verir:"Ermənistanda bu gün kriminal elementlərlə başlayan hadisələr etiraz aksiyalarına çevrilir. Bu isə göstərir ki, faktiki olaraq siyasi rejim ictimaiyyət tərəfindən qəbul olunmur və hazırda bir çox siyasi dairələr və qüvvələr də rejimə qarşı cəmləşiblər. Sərkisyanın son bəyanatı özlüyündə onun daxili və xarici siyasətdə buraxdığı kobud səhvlərinin bir etirafıdır. Ermənistan prezidentinin tezliklə ölkəsində milli barışıq hökumətinin formalaşacağına dair bəyanatı onun zəifliyinin göstəricisidir. Çox güman ki, Sərkisyan bu mərhələdə müxalifətdə olan adlardan bir neçəsini hökumətə gətirməyə çalışacaq. Elə məhz bu addım Sərkisyanın sonunun başlanğıcı olacaq".
"Qeyri-ənənəvi müxalifətə nüfuz etmək imkanı olmadığından Sərkisyan məhz milli barışıq hökuməti ilə qarşıdan gələn təhlükəni qabaqlamaq istəyir".
Bu sözlər isə politoloq İlqar Vəlizadənin verdiyi açıqlamada yer alır. Ekspert Ermənistan rəhbərliyinin dəyişikliyə getməsini ölkədə uzun müddətdir aparılan siyasi alverin bir təzahürü kimi qiymətləndirib:"Ermənistan prezidenti və Qarabağ klanı opponentlərini şantaj və maddi şirnikləndirmə yolu ilə öz siyasi kurslarına tabe olmağa sürükləyirlər. Ötən il Sərkisyanın əsas opponenti olan və oliqarx Qaqik Çarukyan məhz biznesi ilə hədələnməklə səhnədən uzaqlaşdırılıb. Hakimiyyət indi də Qarabağ münaqişəsi fonunda belə aktiv danışıqları Levon Ter-Petrosyanla aparır. Yəqin ki, Petrosyana yüksək vəzifə vəd olunur ki, o da Sərkisyana açıq dəstək nümayiş etdirir".

Politoloq payızda, yaxud da növbəti seçki ərəfəsində Ermənistanda müxalifət-iqtidar qarşıdurmasının artacağını istisna etməyib:"Budəfəki hadisələrin fəsadları daha pis ola bilər. Son hadisələr göstərir ki, müxalifət Sərkisyana tabe olmaq istəmir. Sərkisyan da məhz milli barışıq hökuməti yolu ilə qarşıdan gələn təhlükəni qabaqlamaq istəyir. Hökumət hətta müxalifətçilərə hakimiyyətdə yer vəd etməklə vəziyyəti bir qədər idarə etməyə çalışsa da, müxalifətin rejimlə sövdələşməyə gedəcəyi inandırıcı deyil".
Dağlıq Qarabağın tənzimlənməsinə gəlincə isə ekspertin sözlərinə görə, Sərkisyan ona qarşı olan təzyiqləri bəhanə etməklə danışqlardan yayınmağa və ya danışıqları imitasiya etməyə çalışacaq:
"Ermənistan hazırkı gedişatla sülh prosesinə ciddi əngəllər yaradır. Ermənistan rəhbərliyindən müəyyən cəsarət tələb olunur ki, bu tendensiyanı sındırıb başqa təkliflər versin. Ancaq Sərkisyanın ritorikası göstərir ki, bu ssenariyə böyük ümidlər bəsləmək olmaz. Çünki durmadan Qarabağla bağlı yersiz bəyanatlar səsləndirən Sərkisyanın artıq danışıqlarda iştirakı belə yersizdir".