Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Türkiyənin Yaxın Şərq planı

Türkiyənin Yaxın Şərq planı Dünya

Türkiyənin Yaxın Şərq planı

Putin və Ərdoğan Suriyanın yeni xəritəsini hazırladı – Türkiyə mətbuatı yazır

Kürdlərə və digər radikal qüvvələrə verilən xarici dəstəyə, hətta bir müddət öncə təklənməsinə baxmayaraq, Ankara Suriyada öz siyasi kursunu daha da gücləndirəcək. Türkiyə bu gün faktiki olaraq nəinki Suriyada, artıq İraqdadır.
Bu sözləri politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Türkiyə dövlət başçısının öz siyasi kursunda müəyyən korrektələrə getməsi açıq şəkildə Amerikanın ünvanına mesaj idi:
"Ancaq bu, heç də o demək deyil ki, məsələn, Türkiyə NATO-dan uzaqlaşmaq fikrindədir. Türkiyənin Rusiya ilə yaxınlığı seçməsi əlbəttə ki, praqmatik gedişlərdir. Çünki Ərdoğan başa düşür ki, Türkiyənin gücü bu dövlətin heç kəsə arxalanmamasında və güclü bir siyasi kurs aparmasındadır. Düzdür, daxildə və xaricdə buna qarşı çıxan müəyyən qüvvələr var. PKK, İŞİD kimi problemlərlə yanaşı, Türkiyəyə xaricdən müəyyən təzyiqlər davam edir. Ankara məhz buna görə son zamanlar müəyyən siyasi manevrlər edir. Əgər belə davam edərsə, Türkiyə bundan sonra regionda əsas gücə çevriləcək".
Bu arada, politoloq Suriyada gedən proseslərin gedişatı ilə bağlı bəzi məqamlara diqqət çəkib:
"Hələlik bölgədə gedən proseslər real nəticələrin olacağından xəbər vermir. Çünki böyük güclərin Suriyada eyni anda mövcudluğu və maraqların toqquşması vəziyyəti bir az da qəlizləşdirir. Ancaq Türkiyə öz maraqlarını müdafiə etmək və sərhədlərini qorumaq üçün sonadək əlindən gələni edəcək. Yəni Ankara kürdlərə və digər qüvvələrə verilən dəstəyə baxmayaraq, öz siyasi kursunu daha da gücləndirəcək. Türkiyə nəinki Suriyada, artıq İraqdadır. Bu əməliyyatlardan kənarda durmaq Ankaranın maraqlarını zərbə altında qoya bilər".
Politoloq Yaxın Şərqin fonunda Türkiyə-Amerika münasibətlərində müşahidə olunan dəyişikliklərin artıq real vəziyyətdən xəbər verdiyini deyib:
"Avropanı kütləvi miqrant axınından saxlayan məhz Türkiyədir. Qərb bunu başa düşür. Xüsusən də Amerika artıq Türkiyənin Yaxın Şərqdəki rolunu dərk edir".
Bu arada Türkiyənin "Yeni Şafak" nəşri bildirib ki, Ankara və Moskva Türkiyəni Mosul əməliyyatından kənarda saxlamaq istəyən və PYD/PKK terror təşkilatı ilə əməkdaşlıq edən ABŞ-a qarşı birgə mübarizə aparacaq.
İddiaya görə, məqsəd İraqın Əl-Bukemal və Yarubiye sərhəd qapılarından başlayaraq, Suriyanın Haseke, Qamışlı, Tel Abyad, Ayn əl-Arab, Cerablus, Çobanbəy, Azez və Afrinin daxil edildiyi "terror xətti" layihəsinə mane olmaqdır. Nəşr bildirir ki, Ankara və Moskva yeni bir xəritə üzərində razılaşıblar.
"Yeni Şafak"a danışan mənbələrə görə, Hələbdən başlayaraq İdlip, Lazkiye, Rakka, Haseke və Deyr Zor bölgələrinin daxil edildiyi layihə müharibədən əvvəlki demoqrafik quruluş əsas götürülərək həyata keçiriləcək.
Mənbələr bildirir ki, Ankara və Moskva Haseke, Tel Abyad, Afrin və Ayn əl-Arapda PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) "kanton", "federasiya" və yaxud da "muxtar bölgə" adı altında hansısa yerli idarəçiliyinə imkan verməyəcək. Razılaşmaya görə, Əsəd rejimi Lazkiye və Tartusda suverenliyini gücləndirəcək. Putin "Ən-Nusra" Cəbhəsi və "Ahrar`uş Şam" kimi qrupların Hələbdən çıxarılmasında israr edir.
O da söylənilir ki, bölgədə Kürdüstan dövlətinin yarana bilmə ehtimalı var.
Siyasi şərhçi Vüqar Zifəroğlu deyib ki, bölgədə bir kürd qurumu - yüksək statuslu Şimali İraq Kürd idarəetməsi mövcuddur. İkinci belə bir muxtar qurumun, xüsusilə də Kürdüstan dövlətinin yaranması, baş verən proseslərdə aktiv rol alan bölgə dövlətlərindən heç birinin marağına cavab vermir.
O bildirib ki, nə Türkiyə, nə İran, nə də ərəb ölkələri İraq və Suriyanın parçalanmasında maraqlı deyillər: "Vurğulamaq lazımdır ki, Rusiya da belə bir bölünməni arzu etmir. Qərb isə əksinə, mütəmadi şəkildə müxtəlif ssenarilərlə bölünmə məsələsini aktual saxlamaqla, bundan bir növ təzyiq elementi kimi yararlanmağa çalışır. Bu gün bölgə dövlətləri kifayət qədər ciddi gücə malikdirlər. Fikrimcə, onların razılığı olmadan İraq və Suriyanın bölünməsi ən azı yaxın gələcəkdə mümkünsüz görünür. Amma hətta İraqın bölünməsi reallaşarsa, Türkiyə bu zaman Misaki-milli sərhədləri daxilində olan Mosul və Kərkükə haqlı iddia irəli sürə bilər ki, bu da özlüyündə bölgədə daha ciddi proseslərə təkan verə bilər".