Ukrayna və İsrailə yardım yenidən müzakirədə Dünya

Ukrayna və İsrailə yardım yenidən müzakirədə

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson (Luiziana ştatından olan respublikaçı) bu həftə Ukrayna və İsrailə yardım göstərmək üçün ayrı-ayrı qanun layihələrini səsverməyə çıxarmaq niyyətindədir.

Bu barədə “Politico” və “The Hill” qəzetləri mənbələrə istinadən məlumat yayıb.

Bir az sonra Conson X-də (keçmiş Twitter) bu məlumatın doğruluğunu təsdiqləyib.

Məlumatlara görə, Nümayəndələr Palatasında respublikaçı çoxluğun qapalı iclasında Conson partiya yoldaşlarına bu həftə dörd qanun layihəsini səsverməyə çıxarmaq niyyətində olduğunu bildirib. Onlardan biri Ukraynaya, ikincisi İsrailə, üçüncüsü Tayvana yardım göstərmək üçün vəsaitin ayrılmasını nəzərdə tutur. “Politico” yazır ki, dördüncü sənədə “Lend-Lease” haqqında qanun layihəsi, ABŞ-da “TikTok” sosial şəbəkəsinə qadağa, eləcə də “rus oliqarxlarının aktivlərinin ələ keçirilməsi” ilə bağlı müddəalar daxil olacaq.

Cavid