Kiyev silahları aylar deyil, həftələr ərzində alacaq Dünya

Kiyev silahları aylar deyil, həftələr ərzində alacaq

Konqres Kiyevə yardım haqqında qanun layihəsini qəbul edərsə, ABŞ-dan silahlar bir neçə həftə ərzində Ukraynaya gələcək.

Reuters xəbər verir ki, bu sözləri Vaşinqtona səfəri zamanı Ukraynanın baş naziri Denis Şmıqal deyib.

Hökumət başçısının sözlərinə görə, Amerika rəsmiləri, o cümlədən Ağ Evdən olan şəxslər Ukrayna nümayəndə heyətini əmin ediblər ki, qanun layihəsi qəbul olunarsa, Kiyev silahları aylar deyil, həftələr ərzində alacaq.

Çərşənbə günü Nümayəndələr Palatasına Ukrayna, İsrail və ABŞ-ın Hind-Sakit Okean regionundakı müttəfiqlərinə maliyyə yardımı göstərmək üçün ayrı-ayrı qanun layihələri göndərilib. Onlarla bağlı səsvermənin aprelin 20-də keçirilməsi gözlənilir.

Cavid