Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Qaraçuxur bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Hovsan bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Bülbülə bələdiyyəsində görüş keçirib
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib - VİDEO
9 Avqust 2024 18:30
3 619
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
"APA-Economics" xəbər verir ki, ING Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,8%-dən 3,8%-ə yüksəldib. Bu isə əvvəlki proqnoza nisbətən 1% bəndi çoxdur.
2024-cü ilin üçüncü rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2,0%-dən 3,5%-ə, ilin son rübü üzrə isə proqnozunu 1,5%-dən 3,0%-ə kimi artırıb. Korporasiya 2025-ci il üzrə isə proqnozunu dəyişməyərək 2,5% səviyyəsində saxlayıb.
Qeyd edək ki, Dünya Bankının açıqladığı proqnozuna əsasən Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır. Asiya İnkişaf Bankı 2024-cü ildə 1,2%, 2025-ci ildə isə Azərbaycanda 1,6% səviyyəsində iqtisadi artım gözləyir. Dövlət Statistika Komitəsi isə ilin ilk yarısında 4,3% civarında iqtisadi artım qeydə aldığını açıqlayıb.
4 İyul 21:40
819
4 İyul 21:39
847
4 İyul 19:40
1 078
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib