Rusiya Belqorodun Ukrayna ilə sərhəd rayonundan əhalinin təxliyəsinə başlayıb Dünya

Rusiya Belqorodun Ukrayna ilə sərhəd rayonundan əhalinin təxliyəsinə başlayıb

Bu gündən etibarən Rusiyanın Belqorod vilayətinin Ukrayna ilə sərhəd Krasnoyarujsk rayonundan əhalinin təxliyəsinə başlanılıb.

APA-nın “Interfax”a istinadən xəbərinə görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. Merin sözlərinə görə, əraziyə bu məqsədlə kifayət qədər canlı qüvvə, eləcə də nəqliyyat vasitəsi cəlb olunub.

O deyib ki, qərar Ukrayna ordusunun sözü gedən bölgəyə yaxın ərazidə aktivliyinin artması səbəbindən qəbul edilib.