10 Sentyabr 2024 13:39
3 808
İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinə aviazərbələr endirməsi nəticəsində 7 oktyabr hücumunda birbaşa iştirak edən 3 yüksək səviyyəli HƏMAS rəsmisi öldürülüb.
Məlumata görə, qruplaşmanın hava qüvvələrinin Qəzzadakı rəhbəri Samer İsmayıl Xadr Əbu Daqqa, Hərbi kəşfiyyat bölməsində Müşahidə və Hədəflər departamentinin rəhbəri Usamə Tabeş və HƏMAS-ın digər yüksək rütbəli zabiti Ayman Mabhou zərərsizləşdirilib.
Cavid