Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər
Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub
ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb
Qriqoryan: Ermənistanla Azərbaycan arasında sülh institutsional addımlar tələb edir
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
19 Sentyabr 2024 11:02
3 241
İsrailin müdafiə naziri Yoav Gallant, Livandakı ikinci kiberhücumlarından sonra diqqətin Livan cəbhəsinə keçdiyini və müharibədə yeni mərhələnin başladığını bildirib.
İsrail mətbuatında yer alan xəbərlərə görə, Gallant İsrailin şimalındakı Hayfa şəhəri yaxınlığındakı hava bazasına səfəri zamanı "Ağırlıq mərkəzi şimala doğru dəyişir. Biz qüvvələrimizi, qaynaqlarımızı və enerjimizi şimala doğru hərəkət etdiririk",-deyə bildirib: “Düşünürəm ki, biz müharibədə yeni mərhələnin başlanğıcındayıq. Biz uyğunlaşmalıyıq. Zamanla ardıcıllıq nümayiş etdirməliyik. Bu müharibə böyük cəsarət, qətiyyət və əzmkarlıq tələb edir”.
İsrailin şimala hücumunun məqsədinin təxliyə edilən İsrail vətəndaşlarının sağ-salamat evlərinə qayıtması olduğunu müdafiə edən Gallant, Qəzza zolağındakı İsrailli məhbusları unutmadıqlarını deyib.