13 Oktyabr 2024 21:37
3 234
18:41
İsrail hərbçiləri Livanda BMT sülhməramlılarının bazasına daxil olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.
Bildirilib ki, hücum zamanı bazanın girişi tamamən dağıdılıb, 15 hərbçi xəsarət alıb.
***
BMT İsrail tanklarının sülhməramlılara məxsus hərbi bazaya daxil olduğunu təsdiqləyib.
“Bu şokedici hadisə haqqında İsraildən izahat tələb edirik. 15 sülhməramlı xəsarət alıb”, - deyə bildirilib.