5 Dekabr 22:04
5 Dekabr 21:38
23 Oktyabr 2024 08:40
2 359
Böyük Britaniya və Almaniya oktyabrın 23-də Londonda dərinləşdirilmiş müdafiə tərəfdaşlığı sazişi imzalayacaqlar.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Üçlük Evi Müqaviləsi adlanan sazişə əsasən, Böyük Britaniya və Almaniya NATO-nun şərq cinahında daha tez-tez birgə hərbi təlimlər keçirməyə başlayacaq, pilotsuz təyyarələrin istehsalı üzrə əməkdaşlıq edəcək və Şimal dənizində sualtı infrastrukturun birgə qorunmasına başlayacaq.
Sənədin digər mühüm məqamı Almaniya Hərbi Hava Qüvvələrinə məxsus Boeing P-8A Poseidon dəniz kəşfiyyat təyyarəsinin “Şimali Atlantikanı qorumaq üçün” Şotlandiyanın şimal-şərqindəki Lossiemut aviabazasında vaxtaşırı yerləşdirilməsidir.
“The Daily Mail”in qeyd etdiyi kimi, alman hərbi pilotları İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Böyük Britaniya üzərində uçmağa başlayacaqlar.
5 Dekabr 21:21
1 624
5 Dekabr 21:20
1 799
5 Dekabr 19:04
1 729