12:35
623
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha 8 qarşılaşma keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qolden Steyt Uorriors” səfərdə “Vaşinqton Uizardz”ı 125:117 hesabı ilə məğlub edərək müntəzəm mövsümdə beş oyundan ibarət uğursuz seriyaya son qoyub.
Qalib komandanın heyətində 30 xalla Kristaps Porzinqis ən məhsuldar oyunçu olub. De’Entoni Melton 27, Qi Santos 18, Qeri Peyton isə 15 xalla yadda qalıblar. Vaşinqton təmsilçisindən isə Uill Rayli, Tre Yanq və Bilal Kulibali hərəyə 21 xal toplayıblar. Tre Conson 13, Culian Riz isə 12 xalla fərqlənib.
Qeyd edək ki, hazırda “Qolden Steyt Uorriors” Qərb Konfransının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. “Vaşinqton Uizardz” isə Şərq Konfransında 14-cü yerdədir.
Matçların nəticələri
“Atlanta Hoks” - “Orlando Mecik” – 124:112
“Boston Seltiks” - “Finiks Sanz” – 120:112
“Nyu Orleans Pelikans” - “Dallas” – 129:111
“Hyuston Rokets” - “Los-Anceles Leykers” – 92:100
“Vaşinqton Uizards” - “Qolden Steyt Uarriors” – 117:125
“Bruklin Nets” - “Portlend Treyl Bleyzers” – 95:114
“Çikaqo Bullz” - “Memfis Qrizlis” – 132:107
“Los-Anceles Klippers” - “San-Antonio Spörs” – 115:119.