Azərbaycan bu il 10-dan çox ölkəyə 2 mln. tondan artıq neft ixrac edib - SİYAHI İqtisadiyyat

Azərbaycan bu il 10-dan çox ölkəyə 2 mln. tondan artıq neft ixrac edib - SİYAHI

Bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 1 142 037,8 min ABŞ dolları dəyərində 2 427 849,63 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə Rumıniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 140 706,79 min dollar dəyərində 286 280,92 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü yerə Portuqaliya tutur. Yanvar-fevral aylarında bu ölkəyə 112 357,89 min dollar 223 549,41 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 1 704 408,42 min dollarlıq 3 600 307,38 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın bu ilin yanvar-fevral aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə və həcminə görə) təqdim edir:

Ölkələr

Məbləğ, min $

Miqdar (ton)

-

Cəmi

1 704 408.42

3 600 307.38

1

İtaliya

1 142 037.80

2 427 849.63

2

Rumıniya

140 706.79

286 280.92

3

Portuqaliya

112 357.89

223 549.41

4

Çexiya

83 922.49

169 841.63

5

Almaniya

65 258.73

154 729.96

6

Xorvatiya

40 819.95

86 166.17

7

Bolqarıstan

37 415.05

78 494.85

8

Tunis

29 498.76

61 269.98

9

Türkiyə

22 103.54

47 080.05

10

İndoneziya

17 866.20

38 554.41

11

Digərləri

12 421.23

26 490.38