İran Hörmüz boğazından keçid şərtlərini açıqlayıb Gündəm

İran Hörmüz boğazından keçid şərtlərini açıqlayıb

ABŞ və İsrailin günahı üzündən Hörmüz boğazı artıq əvvəlki kimi istifadə edilə bilməz.

Xalqcebhesi.az "SNN" telekanalına istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bəyanat yayıb.

«Boğaz hazırda bağlıdır. Biz onu bağlamaq istəmirdik, lakin o, bağlıdır. Hörmüz boğazı artıq əvvəlki kimi ola bilməz və əvvəlki şəraitinə qayıtmayacaq», — deyə o bildirib.

Bundan əvvəl İran hərbçilərinin Hörmüz boğazında bir gəmiyə zərbə endirdiyi məlum olmuşdu.

SEPAH komandanının müşaviri İbrahim Cabbari qeyd edib ki, boğazdan keçməyə cəhd edən istənilən gəmi yandırılacaq. O əlavə edib ki, İran, həmçinin zərurət yaranacağı təqdirdə Yaxın Şərqdəki bütün boru kəmərlərinə zərbələr endirməyə və regiondan neft ixracını bloklamağa hazırdır.

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar Norveçin energetika naziri Terye Osland ehtimal edib ki, Avropa İttifaqı ölkələri Rusiya neft və qazının tədarükü ilə bağlı müzakirələri yenidən bərpa edə bilərlər.

Məryəm Quliyeva