11:53
1 260
Çin Avropa İttifaqı tərəfindən Çinin texnologiya şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini pisləyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə brifinq zamanı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan məlumat verib.
"Çin tərəfi Avropa tərəfinin Çin subyektlərinə qarşı tətbiq etdiyi qanunsuz birtərəfli sanksiyalara qəti şəkildə qarşı çıxır və Avropa tərəfini bu yanlış hərəkətləri düzəltməyə çağırır", — deyə diplomat bildirib.
Nazirlik rəsmisi Aİ-ni bu məsələdə məsuliyyətli və konstruktiv mövqe tutmağa çağırıb. O vurğulayıb ki, Brüssel kiberfəzada sülh və sabitliyi qorumaq üçün Çin tərəfi ilə birgə fəaliyyət göstərməlidir.
Məryəm Quliyeva