Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri Azərbaycana gəlib
Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
18 Noyabr 2024 13:46
2 149
Kreml Amerika mətbuatında Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə uzaqmənzilli raket zərbələri endirməsinə icazə verməsi ilə bağlı məlumatları şərh edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Kremlin məlum məlumatlarla tanış olduğunu söyləyib.
Onun sözlərinə görə, Kreml indiyədək hələlik ancaq Qərb mediasında ABŞ-nin Rusiyanın dərinliklərinə uzaqmənzilli raket zərbələri endirməsinə icazə verməsi ilə bağlı nəşrləri görüb.
Rusiya o mövedən çıxış edir ki, ATACMS raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə hücum etmək qərarı keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir.
“Əgər belə bir qərar həqiqətən verilibsə və Kiyev rejiminə çatdırılıbsa, əlbəttə ki, bu, keyfiyyətcə yeni gərginlik mərhələsidir və ABŞ-nin bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyətdir”, -Kremlin sözçüsü vurğulayıb.