“Fövqəladə hallar könüllüləri” komandası “Zəfər Liqası”ının qalibi olub
Tovuzda 10 yaşlı Nərmini qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovla bağlı qərar verilib
Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub
Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
13:44
658
“ABŞ-Rusiya danışıqları birbaşa məsələni həll etmək imkanında deyil. Ona görə ki, burada ən vacib söz deyən tərəf elə Ukraynadır. Ukrayna nümayəndələrinin iştirakı ilə Mayamidə görüş keçirilib və Putinin nümayəndəsi Kirill Dmitrievin dediyi kimi növbəti görüş Moskvada olacaq”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq İlham İsmayıl deyib.
Politoloqun bildirdiyinə görə, çox güman ki, bu görüş Yeni ildən sonra, ya da bəlkə də dekabrın son günlərində ola bilər: “Amma bu görüşlə bağlı hələ konkret informasiya yoxdur. O ki qaldı məsələnin sülh ilə yekunlaşmasına Moskvanın razılıq verməsi heç inandırıcı gəlmir. Çünki Putinin xəbərdarlıqları, mövqeyi Donbası tamamilə götürmək, faktiki olaraq Ukraynanı kapitulyasiya etməkdir. Ona da Ukrayna razı deyil və bu da artıq bəllidir. Buna görə də Avropa ən azı 2 il üçün 90 milyard ayırıb. Bu da uzunmüddətli müharibə üçün çox azdır. Müharibə davam edəcək və tezliklə bitməsi də heç görünmür. Burada da günah birmənalı şəkildə Rusiya tərəfindədir. Çünki Rusiya heç cür atəşkəsə razı olmur nəinki hələ birbaşa sülh danışıqlarının başlamasına. Ona görə də Moskva danışıqlarından da perspektivdə kifayət qədər müsbət bir şeylər gözləmək çətin məsələdir”.
Röya İsrafilova