İsrail ordusu üç Hizbullah üzvünü zərərsizləşdirib Dünya

İsrail ordusu üç Hizbullah üzvünü zərərsizləşdirib

Livanın cənubundakı Sayda bölgəsində İsrail hərbçilərinə qarşı terror hücumlarını təşkil edən və Hizbullahın terror infrastrukturunu yenidən qurmaqda iştirak edən üç Hizbullah üzvü zərərsizləşdirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) “Telegram” kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, ilkin araşdırmaya əsasən, zərbə zamanı məhv edilən terrorçulardan birinin eyni zamanda Livan ordusunun kəşfiyyat bölməsində xidmət etdiyi müəyyən edilib. Əməliyyat zamanı daha iki terrorçu da zərərsizləşdirilib, onlardan biri Sayda bölgəsində “Hizbullah”ın hava hücumundan müdafiə sistemində fəaliyyət göstərib.

IDF Livan ordusu ilə Hizbullah terror təşkilatı arasında əməkdaşlığı kəskin şəkildə pislədiyini bəyan edib və İsrail dövlətinin mülki əhalisinə qarşı istənilən təhdidi aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Bəyanatda qeyd olunur ki, IDF terror infrastrukturunu yenidən qurmağa çalışan Hizbullah üzvlərinə qarşı əməliyyatlar aparır və bu fəaliyyətlər İsrail ilə Livan arasında mövcud razılaşmaların ciddi şəkildə pozulması hesab olunur.