İsrail ordusu Beyruta hədəfli zərbə endirib
28 May 15:32
28 May 15:32
İran: "ABŞ vurduğu yüz milyardlarla dollarlıq ziyanı ödəməlidir"
Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb
“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
Qazaxıstan Bakı-Supsa kəmərini mümkün neft ixracı marşrutları arasında qiymətləndirir
18 Dekabr 2024 13:06
2 856
Gürcüstandakı etirazlar mahiyyət etibarilə inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışında deyib.
“Gürcüstanda sosial məsələlərlə bağlı heç vaxt kütləvi etirazlar olmayıb, bunun bir çox səbəbi var, lakin hər halda bu baxımdan vəziyyət də qənaətbəxş deyil. İnsanlar yalnız ekzistensial bir problem, təhlükə hiss edildiyi zaman kütləvi şəkildə küçələrə çıxırlar. Bu gün də bu baş verir. Bu, çox dinc hərəkatdır, kütləvi vətəndaş itaətsizliyi hərəkatıdır. Bu, öz mahiyyətinə görə inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur”, - Zurabişvili qeyd edib.