Hörmüz boğazında iki neft tankeri minaya düşüb Dünya

Hörmüz boğazında iki neft tankeri minaya düşüb

Hörmüz boğazının cənub və şərq hissələrində minaya düşmə nəticəsində iki neft tankerində yanğın baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi məlumat verib.

"Gəmiçilik qaydalarını pozan iki gəmi Hörmüz boğazının cənub və şərq hissələrində minaya düşüb", – deyə "Tasnim" agentliyi bəyanatdan sitat gətirib.

Qeyd olunur ki, insidentlər nəticəsində hər iki tankerin maşın bölməsində yanğın başlayıb.

Hərbi Dəniz Qüvvələri gəmi sahiblərinə və tanker operatorlarına xəbərdarlıq edib ki, qadağan olunmuş zonalardan keçid heyət üzvlərinin həyatı və gəmilərin təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

Məryəm Quliyeva