Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
“Moskva İrəvan üçün “ehtiyat strateji tərəfdaş” rolunu saxlayır”
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Vens: İsveçrədəki danışıqlar nəticəsində İranla birbaşa rabitə kanalı quruldu
6 Mart 2025 14:08
2 170
Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Ukraynaya sülhməramlıların göndərilməsinin mümkünlüyünə münasibət bildirib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, Nazirlikdəki mənbələr bununla bağlı yayılan xəbərləri şərh ediblər.
Bildirilib ki, “sülh üçün ehtiyac olacağı təqdirdə, lazımi qiymətləndirmələr aparıla bilər”.
“Bizim fikrimiz ondan ibarətdir ki, ədalətli və davamlı sülhə hər iki tərəfin bərabər və ədalətli təmsil olunması ilə nail olmaq olar. Bu prosesdə ölkəmiz regionda sülhün təmin edilməsi, Qara dənizin sülh dənizi kimi qorunması və Ukraynanın bərpası üçün hər cür konstruktiv təşəbbüsləri dəstəkləməyə davam edəcək”, - qeyd olunub.