Zelenski Pentaqonu raket tədarükünü gecikdirməkdə ittiham edib
26 Oktyabr 16:32
26 Oktyabr 16:32
26 Oktyabr 13:58
4 Aprel 2025 18:55
3 129
Suriyada SDG adından istifadə edən terror təşkilatı PKK/YPG Dəməşq rəhbərliyi ilə imzaladığı müqaviləyə əsasən Hələb şəhər mərkəzindən çəkilməyə başlayıb.
Xalqcebhesi.az “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini 2012-ci ildə işğal edən terrorçular aprelin 1-də bu məhəllələrlə bağlı imzalanan yeni razılaşmaya əsasən Fəratın şərqinə doğru geri çəkilirlər.
Təxminən 250 terrorçunu daşıyan toplam 35 maşından ibarət ilk karvan Hələbdən ayrılıb. Karvanda üzərində ağır silahlar olan hərbi maşınlar və içində silah-sursatın olduğu düşünülən yük maşını yer alıb.
Terrorçular Müdafiə Nazirliyinə bağlı qüvvələrin himayəsi altında Hələbi tərk ediblər.
Terrorçuların çıxarılmasının yaxın günlərdə də davam edəcəyi gözlənilir.
26 Oktyabr 20:55
735
26 Oktyabr 19:36
812
26 Oktyabr 15:31
903