Sülh və inteqrasiya: Paşinyanın strateji mesajı
24 Dekabr 23:50
24 Dekabr 23:50
24 Dekabr 23:48
24 Dekabr 23:23
8 Aprel 08:06
2 079
Tokio ikitərəfli münasibətlərdəki çətin vəziyyətə baxmayaraq, Rusiya ilə sülh müqaviləsi bağlamaqda qərarlıdır.
TASS xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adlı hesabatında deyilir.
Sənəddə qeyd edilir ki, Yaponiya hökuməti “dörd şimal adasına (Rusiyanın cənubi Kuril adaları nəzərdə tutulur) sahiblik məsələsinin həlli və sülh müqaviləsinin bağlanması siyasətinə sadiq qalacaq”.
Eyni zamanda, hesabatda cənub Kuril adalarının tarixən Yaponiya əraziləri olduğunu və onların hazırda “Rusiya tərəfindən qeyri-qanuni işğalı” altında olduğunu iddia edən Tokionun mövqeyinə istinad edilir.
Agentlik Yaponiya hakimiyyətinin Şinzo Abenin baş nazir olduğu dövrdə Kuril adaları ilə bağlı belə bir ifadə işlətməməsinə diqqət çəkib. Bu ifadə rəsmi sənədlərdə də qeyd olunmayıb.
Cavid
24 Dekabr 16:21
1 239
24 Dekabr 15:19
1 330
24 Dekabr 14:41
1 428