27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
5 May 08:14
1 939
Amerika administrasiyası ABŞ-a daxil olan bütün xarici filmlərə 100 faiz rüsum tətbiq edir.
Prezident Donald Tramp bu barədə özünün Truth Social sosial şəbəkəsində məlumat verib.
RİA Novosti xəbər verir ki, Trampın sözlərinə görə, Amerikada kino sənayesi çox sürətlə ölür. "Buna görə də mən Ticarət Nazirliyinə və ABŞ Ticarət Nümayəndəsinə ölkəmizə gələn xaricdə istehsal olunan bütün filmlərə 100 faizlik tariflərin tətbiqi prosesinə dərhal başlamaq üçün icazə verirəm", - Amerika lideri vurğulayıb.
O, həmçinin digər ölkələrin müxtəlif təşviqlərlə rejissorları və kinostudiyaları ABŞ-dan uzaqlaşdırmağa çalışdığını iddia edib. "ABŞ-da Hollivud və bir çox başqa sahələr iflas edir" deyən Tramp vəziyyəti milli təhlükəsizliyə təhdid adlandırıb.
Cavid
27 Dekabr 17:25
1 813
27 Dekabr 16:15
1 883
27 Dekabr 14:48
1 778