

Ukraynanın paytaxtı Kiyevin Buça rayonunun Sofiyevskaya Borşaqovka kəndində naməlum kişi insanlara atəş açıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə İdarəsi məlumat yayıb.
Hadisə nəticəsində bir neçə şəxs həlak olub. Polis olayın səbəblərini araşdırır.
Hazırda hadisə yerində operativ xidmətin əməkdaşları çalışır.