
Rusiyanın düşmənçilik siyasəti: şovinist kampaniya davam edir
13 Avqust 23:45
13 Avqust 23:45
13 Avqust 23:07
13 Avqust 23:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycanın azad olunmuş ərazilərində bərpa-quruculuq işləri uğurla davam etdirilməkdədir.
Trend-in məlumatına görə, bu işlər çərçivəsində Kəlbəcər rayonunun Zar kəndində də müvafiq işlərə start verilir.
Belə ki, 855 ailəlik Zar kənd yaşayış məntəqəsində birinci mərhələdə 547 fərdi yaşayış evinin, sosial obyektlərin, mühəhdis kommunikasiyaların, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işlərinə başlanılır.
Artıq bununla bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu müvafiq işləri yekunlaşdırıb və "AMAZONE" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 120 628 652 manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu "AMAZONE" MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Şükürov Əbülfət Tapdıq oğludur.