Yaxın vaxtlarda Zelenski ilə danışacağam - Tramp Dünya

Yaxın vaxtlarda Zelenski ilə danışacağam - Tramp

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparmaq niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında deyib.

Tramp xatırladıb ki, Vaşinqton Kiyevlə nadir torpaq metallarına dair müqaviləni yenicə bağlayıb və bu saziş Ukrayna qanunverici orqanı tərəfindən tam ratifikasiya edilib və təsdiqlənib.

ABŞ Prezidenti vurğulayıb ki, Amerika tərəfi bunu yüksək qiymətləndirir və həmçinin yaxın gələcəkdə Zelenski ilə danışmağı planlaşdırır.