

Böyük Britaniyanın Baş naziri Keyr Starmerin Londonun şimalındakı evində yanğın baş verib.
Xalqcebhesi.az “Deyli Meyl”ə istinadən xəbər verir ki, yanğın bu gün səhər saatlarında qeydə alınıb. Hadisə nəticəsində evin giriş qapısı zərər görüb. Bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb və hadisə yerində polis kordonu hələ də qüvvədədir.
Verilən məlumata görə, yanğın qeydə alınan ünvan Keyr Starmerin Baş nazir seçilməmişdən öncə həyat yoldaşı və övladları ilə birlikdə yaşadığı ev olub. O, seçkidə qələbə qazandıqdan sonra Baş nazirlərin rəsmi iqamətgahı olan “10 Downing Street”ə köçüb.
Polis baş vermiş yanğınla bağlı araşdırma aparır.