Slovakiya Elçin Qasımovu Azərbaycana səfir təyin edib Siyasət

Slovakiya Elçin Qasımovu Azərbaycana səfir təyin edib

Slovakiya Azərbaycana yeni səfir təyin edib.

APA TASR-a istinadən xəbər verir ki, bu vəzifəyə Elçin Qasımov təyin olunub.
Slovakiya Prezidenti Peter Pelleqrini Bratislavadakı Prezident sarayında Avropa, Afrika və Asiya üzrə səkkiz diplomatik missiyanın rəhbərinə etimadnamələrini təqdim edib.

Elçin Qasımovun əslən Azərbaycanın Kəlbəcər rayonundan olduğu bildirilir.