Türkiyə böyük gücdür, xəritəyə baxdıqda... - Braje Dünya

Türkiyə böyük gücdür, xəritəyə baxdıqda... - Braje

Türkiyənin beynəlxalq aləmdəki rolunu çox müsbət qiymətləndiririk.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyənin Antalya şəhərində səfərdə olan Latviyanın xarici işlər naziri Bayba Braje "CNN Türk"ə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək konstruktiv mövqe ortaya qoyur:

“Türkiyə bir çox məsələdə, o cümlədən əsirlərin mübadiləsində və danışıqlarda mühüm rol oynayır”.

Nazir, həmçinin qeyd edib ki, Ankara NATO-nun mühüm tərəfdaşıdır:

“Xəritədən də məlum olur ki, bütün cənub qanadımız Türkiyədir. Məsafə baxımından uzaq olmağımıza baxmayaraq, Türkiyə bizim üçün də çox önəmlidir. Türkiyə böyük gücdür”.