

İranın Atom Enerjisi Təşkilatı İsrailin İranın nüvə obyektlərinə etdiyi hücumlarda Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) şərik olmaqda ittiham edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Təşkilatın bəyanatında deyilir:
"İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbəni MAQATE qınamadığı üçün, bu hücumda İsrailin şəriki olmuşdur."
Bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Fövqəladə Hallar İdarəsinin rəhbəri Məcid Fərşi, İranın şimal-qərbində yerləşən Təbriz şəhərinə İsrailin hücumu nəticəsində baş verən itkilər barədə məlumat vermişdi. Onun sözlərinə görə, 5 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Bundan əlavə, ABŞ-ın sabiq prezidenti Donald Tramp İranı nüvə proqramı ilə bağlı razılaşma əldə etməyə çağıraraq, "çox gec olmadan" hərəkətə keçməyə çağırıb. Onun sözlərinə görə, İsrailin növbəti planlaşdırılan hücumları daha sərt və dağıdıcı olacaq.
Məryəm Quliyeva