13 İyun 10:19
13 İyun 2025 16:16
2 429.jpg)
İranın Natanz şəhərindəki uran zənginləşdirmə kompleksi İsrailin İrana endirdiyi zərbələr nəticəsində ciddi zədələnib.
"Report" “İnterfaksa” istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi İsrail Prezidenti İshak Hersoqla söhbəti zamanı bildirib.
"Natanzdakı obyektə ciddi ziyan dəyib", - R.Qrossi vurğulayıb.
Qeyd edək ki, Qrossi vəziyyəti yerində öyrənmək üçün İrana səfər etməyi planlaşdırır.