Yeni Zelandiya Rusiya, Belarus, Şimali Koreya və İran vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib Dünya

Yeni Zelandiya Rusiya, Belarus, Şimali Koreya və İran vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib

Yeni Zelandiya hakimiyyəti Rusiya və Belarusun bəzi şirkət və vətəndaşlarına, eləcə də Şimali Koreya və İran vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Bu barədə ölkənin xarici işlər naziri Uinston Piters bəyanat verib.
Onun sözlərinə görə, sanksiyalar Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli olan müəssisə və şəxslərə, həmçinin Şimali Koreya, İran və Belarusdan olan bəzi Rusiya tərəfdarlarına – qarşı yönəlib. Ümumilikdə sanksiyalar 18 fiziki və hüquqi şəxsə şamil olunub.

Bundan əlavə, Yeni Zelandiya Rusiyanın “kölgə donanması” adlandırılan 27 gəmisinə də məhdudiyyətlər tətbiq edib.