

19 İyun 16:35
19 İyun 15:56
19 İyun 15:21
İsrail ordusu cümə günü İrandan öz ərazisinə doğru atılan yeni raketləri aşkarladığını açıqlayıb.
"İrandan İsrailə doğru atılan raketlərin aşkarlanmasından sonra İsrailin bir çox bölgəsində siren səsləri eşidilib. Müdafiə sistemləri təhlükənin qarşısını almaq yönündə fəaliyyət göstərir" deyə İsrail Müdafiə Qüvvələri bildirib.
Ordu neçə raketin atıldığı və dağıntılar barədə məlumatın olub-olmadığını açıqlamayıb, ictimaiyyəti növbəti xəbərdarlığa qədər sığınacaq axtarmağa çağırıb.