İsrailin müdafiə nazirindən Hizbullaha təhdid Dünya

İsrailin müdafiə nazirindən Hizbullaha təhdid

İsrailin müdafiə naziri Yisrael Katz sosial media hesabından Hizbullahın baş katibi Naim Qasımın İsrailin İrana hücumları ilə başlayan münaqişələrlə bağlı açıqlamalarına cavab verib.

Keçmiş Hizbullah liderləri Nəsrullah və Haşim Safiyuddinin öldürülməsini xatırladan Katz, "Hizbullahın baş katibi sələflərindən dərs çıxarmayıb" deyib.

Katz Qasımin İran hökumətinin əmrlərinə uyğun olaraq İsraili təhdid etdiyini iddia edərək Hizbullahı ehtiyatlı olmaq üçün xəbərdar etdiyini və İsrailin onu təhdid edən qruplara qarşı səbrinin tükəndiyini qeyd edib. Katz Hizbullaha İran və İsrail arasındakı qarşıdurmalarda iştirak etməmək barədə xəbərdarlıq edib və hücum edərlərsə, Hizbullahı məhv edəcəklərini bildirib.

Bildirək ki, Qasım dünən verdiyi açıqlamada İsrailin İrana hücumlarında Tehranın yanında olduqlarını bildirərək İsrailin hücumlarını dayandırmaq üçün İranın yanında olmaq onların vəzifəsidir deyib. Hizbullahdan verilən yazılı açıqlamada həmçinin İran lideri Əli Xamneyinin öldürülməsinin ciddi nəticələri olacağı iddia edilib.