"ABŞ-ın İranda nüvə silahından istifadə etməsi fəlakət olar" Dünya

"ABŞ-ın İranda nüvə silahından istifadə etməsi fəlakət olar"

ABŞ-ın İrana qarşı taktiki nüvə silahının mümkün istifadəsi ilə bağlı mətbuatda yayılan məlumatlar fərziyyədir, belə bir addım fəlakətli olacaq.

Bunu TASS-a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müvafiq nəşrlərə şərh vermək xahişinə cavab verərkən deyib.

Bundan əvvəl Fox News-un jurnalisti Ceki Haynrix bildirmişdi ki, Vaşinqton İranın Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektinə zərbələr endirmək üçün taktiki nüvə silahından istifadə edilməsini istisna etmir.

Peskov deyib: “İndi çoxlu spekulyasiyalar var. "Hadisələrin bu cür inkişafı fəlakətli olardı, lakin o qədər spekulyasiya var ki, bu barədə faktiki şərh vermək mümkün deyil", - Kreml sözçüsü əlavə edib.

Cavid