Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib
Almaniyada sağradikal qrupa qarşı reyd zamanı üç yeniyetmə saxlanılıb
Türkiyə MN-dan Azərbaycan və Gürcüstanla birgə təlimlər barədə açıqlama - FOTO
Azərbaycan və Çin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq proqramı imzalanıb
20 İyun 2025 08:07
2 646
ABŞ prezidenti Donald Tramp Liviya ssenarisinin təkrarlanmasından qorxduğu üçün İrana zərbə endirməkdə ehtiyatlı davranır.
Bu barədə "New York Post" yazır.
Nəşrin mənbələrindən biri bildirib ki, o, Amerika liderinin İran və Liviyanı müqayisə etdiyini şəxsən eşidib. Müəmmər Qəddafinin (Liviya lideri) devrilməsi və ondan sonrakı xaosdan sonra ABŞ müəyyən problemlərlə üzləşib
Xüsusilə, Şimali Koreya və İran kimi ölkələrlə danışıqlar daha mürəkkəbləşib - mənbə izah edib.
Qəzetin məlumatına görə, Tramp İranın Natanz və Fordodakı nüvə obyektlərinə zərbələri dəqiq müəyyənləşdirməklə kifayətlənəcək.
"Liviya daha genişmiqyaslı bombardmanlara məruz qaldı və bu, rejim dəyişikliyinə səbəb oldu”, - qəzetin mənbələrindən biri xatırladıb.
Cavid