XİN: İran və İsraildəki səfirliklər fəaliyyətini davam etdirir, ölən və yaralanlar arasında Azərbaycan vətəndaşları yoxdur Siyasət

XİN: İran və İsraildəki səfirliklər fəaliyyətini davam etdirir, ölən və yaralanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Azərbaycanın İrandakı və İsraildəki səfirlikləri, Təbrizdəki konsulluğu fəaliyyətini davam etdirir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, İsrail və İranın qarşılıqlı hücumları nəticəsində vətəndaşlarımızın həlak olması və yaralanması barədə məlumat daxil olmayıb.