CASCFEN-in layihə çərçivəsində ilk verilişi hazırlanıb - VİDEO Hadisə

CASCFEN-in layihə çərçivəsində ilk verilişi hazırlanıb - VİDEO

İlk verilişin mövzusu “Türk dünyasının ortaq mirasının gənclərə çatdırılması istiqamətində QHT-lərin və medianın rolu” olub.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasını davam etdirir. Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyan layihənin icra planına uyğun olaraq davamlı addımlar atılır.

Məlumatda deyilir ki, layihə çərçivəsində mövzu ilə bağlı Azərbaycanda internet TV-lərin birində 3 verilişin hazırlanması nəzərdə tutulub: “Artıq həmin 3 verilişdən birincisi hazırlanıb və tamaşaçılara təqdim olunub. İlk verilişin mövzusu “Türk dünyasının ortaq mirasının gənclərə çatdırılması istiqamətində QHT-lərin və medianın rolu” olub. Verilişdə ekspertlər qismində “Demokratik Azərbaycan Naminə” İctimai Birliyin (DANİB) sədri Elməddin Behbud və qardaş Türkiyədən Uluslararası Diplomatik İlişkiler Akademik Araştırmalar ve Eğitim Derneği’nin Başkan yardımcı Mehmet Gökhan Özçübukçu mövzu ilə bağlı fikirlərini bölüşüblər”.

Məlumata əsasən layihə rəhbəri Nadir İsmayılovun aparıcılığı ilə reallaşan verilişdə ekspertlər mövzu istiqamətində Azərbaycanda, Türkiyədə və ümumilikdə türk dünyasında görülən, həmçinin görülməsi vacib olan işlər barədə danışıb, təkliflərini səslənidiriblər.

Verilişə aşağıdakı link vasitəsilə baxmaq olar.

https://youtu.be/i4VXZ_KD_KE