Rusiya və İran müdafiə nazirləri arasında telefon danışığı olub Dünya

Rusiya və İran müdafiə nazirləri arasında telefon danışığı olub

Rusiya və İranın müdafiə nazirləri Andrey Belousov və Əziz Nəsirzadə arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Kommersant” nəşri İranın Tasnim agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Nəsirzadə ABŞ-ı regiondakı bütün problemlərin və qeyri-sabitliyin mənbəyi adlandırıb.

“Biz regionda və bütün dünyada sülh və sabitlik naminə birlikdə səy göstərə bilərik”, - o, rusiyalı həmkarına deyib.