192 metr hündürlükdəki reklam lövhəsi çökdü Dünya

192 metr hündürlükdəki reklam lövhəsi çökdü

İtaliyanın Milan şəhərində 192 metr hündürlüyündəki göydələnin damındakı reklam lövhəsi çöküb.

Xalqcebhesi.az xəbər verir ki, məşhur memar Zaha Hadidin layihəsi olan 44 mərtəbəli göydələnin damındakı reklam lövhəsinin çökməsi nəticəsində xəsarət alan olmayıb, binanın daxilinə ziyan dəyməyib. Binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, ehtiyat tədbiri olaraq küçələr müvəqqəti boşaldılıb.

Milan Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.