Baş nazirin müavini: Qarşıdakı illərdə süni intellektin iş yerlərinə təsiri prioritet istiqamət olacaq Cəmiyyət

Baş nazirin müavini: Qarşıdakı illərdə süni intellektin iş yerlərinə təsiri prioritet istiqamət olacaq

"Minimum əməkhaqqının və sosial müavinətlərin artırılması ölkə vətəndaşlarının, eləcə də AHİK nümayəndələrinin rifahının yüksəldilməsinə xidmət edir. Bu toplantı təşkilatın fəaliyyətinin daha səmərəli qurulmasına və sosial tərəfdaşlığın daha da sürətləndirilməsinə töhfə verəcək".

Bu sözləri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, bu, əsas xətti təşkil edir, Nazirlər Kabineti iş yerlərində təhlükəsizlik və sosial müdafiə məsələləri ilə bağlı AHİK-lə birgə fəaliyyət göstərir.

Eyni zamanda, Şahin Mustafayev qeyd edib ki, 2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Sazişdə ətraf mühit və süni intellektin iş yerlərinə təsiri prioritet istiqamətlərdən biri olacaq.