İranda silahlı hücumda 4 təhlükəsizlik əməkdaşı öldürülüb Dünya

İranda silahlı hücumda 4 təhlükəsizlik əməkdaşı öldürülüb

İranda naməlum şəxslərlə silahlı toqquşmada 4 təhlükəsizlik əməkdaşı öldürülüb.

Bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, Kermanın Fəhrac bölgəsində yerləşən nəzarət məntəqəsində naməlum şəxslərlə silahlı toqquşmada iki kəşfiyyat agenti də daxil olmaqla ən azı dörd İran təhlükəsizlik qüvvəsi öldürülüb.

Hücuma görə hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib.