Boliviyada şiddətli yağışların yaratdığı daşqınlarda 20 nəfər ölüb Dünya

Boliviyada şiddətli yağışların yaratdığı daşqınlarda 20 nəfər ölüb

Həftəsonundan bəri Boliviyada davam edən şiddətli yağışların yaratdığı daşqınlarda iyirmi nəfər həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, Boliviyanın Mülki Müdafiə nazirinin müavini Alfredo Troşe yerli mediaya açıqlamasında Santa Kruz şəhərində daşqınların baş verdiyini və Pirai çayının daşdığını bildirib.
Troşe daşqınlarda indiyə qədər 20 nəfərin həyatını itirdiyini və daha çox insanın itkin düşdüyünü bildirib.
Troşe axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etdiyini və itkilərdən "dərin" kədərləndiklərini bildirib.
Bu arada, Boliviya Prezidenti Rodriqo Paz bölgədəki inkişafları yaxından izləmək üçün Hökumət Sarayında Böhran və Vəziyyət Otağının yaradıldığını açıqlayıb.
Paz daşqından zərər çəkən ərazilərdə milli fövqəladə vəziyyət elan etmək üçün işlərin davam etdiyini qeyd edib.
Paz El Nino və La Nino iqlim hadisələrinin təsirlərinin davam etdiyini bildirib və növbəti 3-5 ay ərzində güclü yağışların və quraqlığın baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Yerli medianın məlumatına görə, ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar var və daşqınların vurduğu maddi ziyanın milyonlarla dollar olduğu təxmin edilir.

Məryəm Quliyeva