30 bölgədə FETÖ əməliyyatı, 65 nəfər həbs edildi Dünya

30 bölgədə FETÖ əməliyyatı, 65 nəfər həbs edildi

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında bildirib ki, son iki həftə ərzində İstanbul, Ankara və İzmir də daxil olmaqla 30 vilayətdə FETÖ-yə qarşı əməliyyatlar keçirilib.

Əməliyyatlarda ələ keçirilən 156 nəfərdən 65-nin həbs olunduğu, 34-ü haqqında məhkəmə nəzarəti qərarı çıxarıldığı, digərləri ilə bağlı isə prosedurların davam etdiyi barədə məlumatı paylaşan Yerlikaya əlavə edib: “Əməliyyatlarda tutulan şübhəlilər “Mövcud strukturlaşma” daxilində fəaliyyət göstərmək, təşkilat daxilində məsul şəxslərlə əlaqə saxlamaq, terror təşkilatına maliyyə təmin etmək və sosial media platformaları vasitəsilə təşkilatın təbliğatını aparmaq cinayətlərindən axtarışda idilər. Respublika Baş Prokurorluğu və Jandarma Baş Komandanlığı TEM Şöbəsinin koordinasiyasında il jandarma komandanlıqları tərəfindən həyata keçirilən işlər nəticəsində Adana, Adıyaman, Amasya, Ankara, Artvin, Aydın, Balıkəsir, Batman, Bursa, Diyarbəkir, Ədirnə, Elazığ, Ərzurum, Əskişəhər, Qaziantep, Giresun, Hatay, İstanbul, İzmir, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Mərsin, Muğla, Sakarya, Siirt, Şanlıurfa, Trabzon ve Yozgatda əməliyyatlar keçirilib. Əməliyyatlar nəticəsində çox sayda təşkilati sənəd və rəqəmsal materiallar ələ keçirilib”.

Nazir əməliyyatların aparıldığı vilayətlərin qubernatorlarını, Respublika Baş prokurorluqlarını, əyalət jandarma komandirlərini və jandarma qüvvələrini təbrik edərək “Millətimizin birlik və həmrəyliyinə, dövlətimizin bütövlüyünə, vətəndaşlarımızın sülh və rifahına təhlükə yaradanlara qarşı mübarizəmizi davam etdiririk” deyə vurğulayıb.