Həmasın atəşkəs təklifində dəyişiklik iddiası Dünya

Həmasın atəşkəs təklifində dəyişiklik iddiası

İsrail, Həmasın atəşkəs təklifində dəyişiklik etmək istədiyini iddia etdi.

Xalqcebhesi.az xəbər verir ki, İsrail Baş Nazirliyi tərəfindən verilən açıqlamada, Həmasın Qətərin atəşkəs təklifində dəyişikliklər etməyə çalışdığı və bunların İsrail üçün qəbul edilməz olduğu bildirilib.

Açıqlamada, "Həmasin Qətərin (atəşkəs) təklifində etmək istədiyi dəyişikliklər dünən gecə bizə çatdırıldı və bunlar İsrail üçün qəbul edilə bilməz." ifadəsi yer alıb.

İsrail Baş Naziri Benyamin Netanyahu'nun dolaylı danışıqların qəbul edilməsini və "İsrailin qəbul etdiyi Qətər təklifi istiqamətində girovların təhlükəsizliyinin təmin edilməsi üçün səylərin davam etdirilməsini" tapşırdığı bildirilir.

İsrailli danışıqlar heyətinin atəşkəs müzakirələri üçün bu gün Qətərə gedəcəyi açıqlanıb.

Həmas, dünən axşam saatlarında Qəzzədə İsrail ilə atəşkəs və əsir mübadiləsi barədə təklifə "müsbət cavab" verdiyini və atəşkəsin həyata keçirilməsi üçün danışıqlara hazır olduğunu açıqlamışdı.

Məryəm Quliyeva