

Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 millisi Avropa çempionatının C divizionuna qələbə ilə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, təmsilçimiz Albaniyada təşkil olunan turnirin B qrupundakı ilk görüşündə San Marino yığmasını məğlub edib.
Matç millimizin 105:60 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan yığması qrupda növbəti oyununu sabah Andorra ya qarşı keçirəcək.