Binəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparılıb Hadisə

Binəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparılıb

Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsinin, Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və AYNA-nın əməkdaşları tərəfindən qeyd edilən kəsişmədə monitorinq-təhlillər aparılıb.

Bu barədə Xalqcebhesi.az-a BŞDYPİ-dən məlumat verilib.

Bildirilib ki, ərazidə yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılıb, mövcud yol infrastrukturu ilə əlaqədar izahlar verilib, onların təklif və iradları dinlənilib.

Həyata keçirilən monitorinq-təhlillərin nəticəsinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görüləcək.

Binəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparılıbBinəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparılıbBinəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparılıbBinəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparılıbBinəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparılıbBinəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparılıb